- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib
Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində daxili kommunikasiyanın gücləndirilməsi, effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı təqdimatla çıxış edərək komanda işinin uğurlu təşkilinə dair nəzəri bilik və praktiki yanaşmaları iştirakçılarla bölüşüb. Eyni zamanda, kollektiv iş və onun təşkilati fəaliyyət üçün əhəmiyyəti, komandanın formalaşdırılması mərhələləri, növləri, əsas prinsipləri, eləcə də komanda ruhunun yaradılması və qorunması barədə ətraflı məlumat verilib. Bununla yanaşı, açıq və effektiv ünsiyyət, qarşılıqlı etibar və dəstəyin formalaşdırılması, ortaq məqsəd və dəyərlərin müəyyənləşdirilməsi kimi mövzular geniş müzakirə olunub.
İnteraktiv formatda keçən təlimdə qruplararası praktiki tapşırıqlar yerinə yetirilib, müxtəlif situasiyalar üzrə fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.