- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
İctimai şuraya seçkilər keçirilib
Mayın 15-də Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, seçicilərin yarıdan çoxunun səsini toplayaraq 5 nəfər İctimai şuraya üzv seçilib.
Seçkilərin yekun nəticələrinə əsasən, Energetika Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:
1. Əliyev Fərhad Fəqan oğlu – “Beynəlxalq Ekoenergetika Akademiyası” İctimai Birliyinin vitse-prezidenti.
2. Rüstəmzadə Fərhad Aqil oğlu - "Avroasiya Enerji və Davamlı İnkişaf" İctimai Birliyinin sədri.
3. Şəfaqətov Rüstəm Şahvələd oğlu - “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri.
4. Kərimov Rüstəm Ənvər oğlu –“Təmiz İstehsal və Enerji Səmərəliliyi Mərkəzi” İctimai Birliyinin üzvü.
5. Əhmədov Ramiz Şakir oğlu – “Azərbaycan Mühəndis və Energetiklər Cəmiyyəti” İctimai Birliyinin üzvü.