Energetika naziri Pərviz Şahbazov Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, kəndin qazlaşdırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Neftçala, Biləsuvar rayonlarından və Bakı şəhərindən olan 11 vətəndaş iştirak edib.

Digər xəbərlər