- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanla San-Marino arasında enerji əlaqələrinin inkişafı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovla San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında yüksək siyasi səviyyəli münasibətlərin enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan 20 ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edərək etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Bununla yanaşı, ölkəmiz genişmiqyaslı bərpa olunan enerji layihələrini həyata keçirir və Avropaya uzanan “yaşıl enerji dəhlizləri”nin yaradılması istiqamətində mühüm infrastruktur təşəbbüslərini həyata keçirir.
Söhbət zamanı San-Marinonun enerji tələbatının təminatı ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib. Təbii qaz təchizatı, bərpa olunan enerji və yaşıl keçid istiqamətlərində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin San-Marino tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.