Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun 2026-cı il 23 aprel tarixində saat 10:30-da videokonfrans formatında növbəti iclası keçiriləcək.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsinin cari ilin birinci rübü üzrə icra vəziyyətinə dair məlumat veriləcək və işçi qrupun fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunacaq.

Digər xəbərlər