Energetika Nazirliyində ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq ilə görüş keçirilib.

Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycan ilə ABŞ arasında olan strateji əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüş zamanı enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerji layihələrinin genişləndirilməsi və regional interkonnektorların inkişafı məsələləri ətrafında müzakirələr aparılıb. Xüsusilə, Xəzər–Qara dəniz–Avropa, Mərkəzi Asiya–Azərbaycan, eləcə də Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan bağlantı layihələrinin geniş regionda enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd edilib. ABŞ şirkətlərinin bu layihələrdə texnologiya, maliyyələşdirmə və infrastruktur tərəfdaşı kimi iştirakı üçün geniş imkanların mövcud olduğu qeyd olunub.

 İclaş iştirakçıları işçi səviyyədə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Digər xəbərlər