Energetika Nazirliyində Heydər Əliyev Fondunun təşkil etdiyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə təşkil edilən aksiyada Nazirliyin Aparatı və tabeli qurumların əməkdaşları könüllü qan veriblər. Xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Aksiyada ümumilikdə 52 əməkdaş iştirak edib.

 

Digər xəbərlər