- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Energetika Nazirliyində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Elnur Canıyevin iştirakı ilə nazirliyin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.
Konfransa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsi, eyni zamanda sosial-məişət məsələlərinin həllinə dəstəyin verilməsində mühüm rol oynadığını qeyd edib. İclasın gündəliyi iştirakçıların nəzərinə çatdırılıb, gündəlik səsə qoyulub və reqlament müəyyən edilib.
Konfransda Həmkarlar İttifaqı Komitəsinin (HİK) və Nəzarət-təftiş Komissiyasının (NTK) ötən il ərzində görülən işlərə dair hesabatları dinlənilib. Həmkarlar İttifaqı Komitəsi üzvlüyünə namizədlərin adları səsləndirilib. Həm hesabatlar, həm də üzvlük siyahısı səsə qoyularaq təsdiq olunub.
Daha sonra HİK sədrinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və hesabat dövründə görülmüş işlərin qənaətbəxş olduğu nəzərə alınaraq, nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimovanın təkrar namizədliyi təklif edilib. Təklif yekdilliklə qəbul edilib.
Eyni zamanda Nəzarət-təftiş Komissiyasının tərkibinə namizədlərin irəli sürülməsi elan edilib və səsə qoyularaq həm üzvlər, həm də sədr seçilib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Elnur Canıyev həmkarlar ittifaqı tərəfindən görülən tədbirləri yüksək qiymətləndirib, əməkdaşlara uğurlar arzulayıb.