- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət mövzusunda təlim keçirilib
Energetika Nazirliyində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda onlayn təlim keçirilib.
Əməkdaşların məlumatlılığının artırılması məqsədi ilə təşkil olunmuş onlayn təlimdə korrupsiya ilə əlaqədar hüquqpozmaların mahiyyəti, bu hüquqpozmalara görə nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirləri, hüquqpozmaların subyektləri, habelə korrupsiyaya qarşı mübarizədə siyasi iradənin rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, korrupsiya anlayışı, sahə üzrə mövcud qanunvericilik və hüquqi baza, korrupsiyaya qarşı mübarizəni həyata keçirən dövlət orqanları, eləcə də korrupsiyaya qarşı mübarizədə cinayət təqibi tədbirləri mövzularına toxunulub.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.