“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kür Olimpiya İdman Tədris Mərkəzi”ndə enerji idarəçisinin təyin olunması məqsədilə attestasiya keçirilib.

Tədbir çərçivəsində müəssisədə enerji idarəçisinin (menecerinin) funksional vəzifələrinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadənin təşkili, eləcə də enerji səmərəliliyinin artırılmasına yönəlmiş prioritet tədbirlər ətraflı müzakirə olunub.

Müzakirələr zamanı enerji istehlakının monitorinqi, optimallaşdırma mexanizmlərinin tətbiqi və uzunmüddətli səmərəlilik hədəflərinə nail olunması istiqamətində praktiki yanaşmalar diqqət mərkəzində saxlanılıb.

 

Digər xəbərlər