Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə DİM nümayəndəsi tərəfindən xidməti fəaliyyətin qiymətləndirilməsinin mahiyyəti, məqsədi və təşkili sistemi, rəhbər və dövlət qulluqçusu arasındakı münasibətlər və onların öhdəlikləri, qiymətləndirmənin nəticələri və tətbiq edilən tədbirlər, eləcə də mümkün neqativ halların qarşısının alınması üsulları və qaydalara edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda, xidməti fəaliyyətin qiymətləndirilməsinin əməkdaşların məhsuldarlığının artırılması, potensiallarının müəyyənləşdirilməsi və şəxsi inkişafında mühüm rol oynadığı vurğulanıb. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.

 

Digər xəbərlər