- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Sosial media mövzusunda təlim keçirilib
Energetika Nazirliyində Kommunikasiya Strategiyasının icrası çərçivəsində media ilə əlaqələr üzrə fəaliyyət göstərən əməkdaşların sosial media alətlərindən istifadə sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim keçirilib.
ASAN İnnovativ İnkişaf Mərkəzinin əməkdaşı Nofəl Əliyev tərəfindən keçirilmiş iki günlük təlimdə sosial media platformalarından səmərəli istifadə, hədəf auditoriyasının genişləndirilməsi üsulları, vebinarların çox platformalı yayımı, yeni rəqəmsal media alətlərinin istifadəsi və mövzu ilə əlaqədar digər məsələlər haqqında ətraflı məlumat verilib. Praktiki nümunələr əsasında əməkdaşları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.