- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Dövlət qulluğunda gender bərabərliyinə dair təlim keçirilib
Energetika Nazirliyinin Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlığı çərçivəsində növbəti təlim keçirilib.
DİM-in əməkdaşının təqdimatında keçirilən təlim “Dövlət qulluğunda gender bərabərliyi” mövzusuna həsr olunub. Təlimdə gender və cinsin fərqi, əmək fəaliyyəti prosesində gender rolları, stereotiplər, gender bərabərsizliyinin səbəbləri və nəticələri, insan resurslarının idarə edilməsində gender bərabərliyi və mövzuya dair digər məsələlər haqqında ətraflı praktiki məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 22 əməkdaşı iştirak edib.