Energetika Nazirliyində “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq növbəti iclas keçirilib.

Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan Respublikasının Konstitusiyasının Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında hazırlanaraq qəbul edilməsini müstəqil dövlətçiliyimizin tarixində mühüm hadisə kimi dəyərləndirib. Bu gün dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsinin və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərpa olunmasının mühüm əhəmiyyəti qeyd olunub.

Konstitusiya və suverenliyimizə həsr olunmuş bu il çərçivəsində görülmüş işlər, ölkəmizin yaşıl enerji potensialından səmərəli istifadə istiqamətində həyata keçirilən enerji layihələrindən danışılıb, bu fəaliyyətin Azərbaycanın iqtisadi inkişafına verəcəyi töhfələrdən bəhs edilib. Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi tərəfindən Konstitusiyanın iqtisadi əsasları, Şuranın bu il çərçivəsində gördüyü işlər, bərpa olunan enerjidən istifadənin üstünlüklərinə dair aparılan məlumatlandırma tədbirlərində iştirakından danışılıb.

Digər xəbərlər