Dövlət İmtahan Mərkəzi (DİM) ilə mövcud əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi əməkdaşlarının səriştə və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

DİM-in əməkdaşı Miranə Rüstəmli mövzuya dair təqdimatla çıxış edib, lider və menecer anlayışları, onlar arasında fərqlər, müdir və əsl lideri səciyyələndirən xarakterlər, liderlik və emosional zəka haqqında ətraflı məlumat verilib. Həmçinin hakimiyyət, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, liderin idarəetmə fəaliyyəti və digər məsələlərə dair qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 22 əməkdaşı iştirak edib.

Digər xəbərlər