- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Energetika Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
Nazir Pərviz Şahbazov təltif olunmuş əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. Əməkdaşlar göstərilən yüksək etimada və əməyə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri İsmayılov Əsəd İsmayıl oğlu, Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Bayramova Aysel Məhərrəm qızı və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin böyük məsləhətçisi Abdullayev Habil Şamil oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.