- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Səriştəyönümlü təşkilati mədəniyyət” mövzusunda təlim keçirilib
Energetika Nazirliyində əməkdaşların peşəkar inkişafının təmin edilməsi, idarəetmədə səriştə əsaslı yanaşmaların təşviqi və təşkilati dəyərlərin möhkəmləndirilməsi məqsədilə “Səriştəyönümlü təşkilati mədəniyyət” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının təqdimatında təşkilati mədəniyyət anlayışı, onun əlamətləri və növləri, həmçinin bu növlərin qiymətləndirilməsi meyarları haqqında ətraflı məlumat verilib. Eyni zamanda səriştə ilə təşkilati mədəniyyət arasında qarşılıqlı əlaqə, mədəniyyətin dəyişmə mərhələləri üzrə müqayisəli yanaşmalar, dəyişikliklərin əsas əlamətləri və bu proses zamanı yarana biləcək çətinliklər üzrə praktiki biliklər paylaşılıb, qrup işləri aparılıb, interaktiv tapşırıqlar icra olunub və iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 31 əməkdaşı iştirak edib.