Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərləri, həmçinin Biləsuvar, Bərdə və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda elektrik və qaz təchizatı, şəbəkəyə qoşulma, sayğaclaşma, elektrik kabellərinin yerinin dəyişdirilməsi, elektrik və qaz veriliş xətlərinin mühafizə zonasının pozulması, günəş elektrik stansiyasının tikintisi və s. kimi bir sıra istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
 

Digər xəbərlər