“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib. Görüşdə  Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib. Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub. Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib.

Söhbət zamanı qlobal neft bazarında inkişaf meylləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra səviyyəsi və enerji balansında neftin gələcək roluna dair müzakirələr aparılıb. Azərbaycan iyulda keçiriləcək OPEC Beynəlxalq Seminarına dəvət edilib.

 

Digər xəbərlər