- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Dövlət qulluğuna dair maarifləndirici təlim keçirilib
Energetika Nazirliyində dövlət qulluqçularının xidməti fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşının mövzuya dair təqdimatı dinlənilib. İnzibati vəzifələrin tutulması qaydaları, ixtisas dərəcələrinin verilməsi, aşağı salınması və ya məhrum edilməsi halları, qulluqda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçusu üçün təminatlar, qulluqla əlaqədar məhdudiyyətlər, intizam məsuliyyəti tədbirləri, rotasiya qaydaları, dövlət qulluğuna xitam verilməsi üçün əsaslar və digər aidiyyəti mövzular haqqında geniş praktiki məlumatlar verilib. İnteraktiv müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.