"Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planı"na uyğun olaraq, “İnsan Hüquqları Aylığı“ çərçivəsində “Azərbaycan Respublikasının təbii sərvətləri xalqın rifahına və ölkənin çiçəklənməsinə xidmət edir“ mövzusunda tədbir keçirilib.  

Energetika Nazirliyinin aparat rəhbərinin müavini Xalidə Məsimova Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli liderliyi sayəsində hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci ildə qəbul edilməsinin ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın əsas prinsiplərinin daha da dərinləşdirilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlar vurğulanıb. Tarixi Zəfər nəticəsində suverenliyimizin və qanunvericiliyimizin işğaldan azad edilmiş ərazilərimizi də əhatə etməsi ölkəmizin konstitusion dövlət quruculuğu tarixində mühüm məqam kimi qeyd olunub.

Sonra Ombudsman Aparatı, SOCAR, “Azərenerji” ASC və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin çıxışları dinlənilib. Çıxışlarda Konstitusiyanın iqtisadi əsasları, enerji resurslarının idarə olunması, insan hüquqları və ekoloji təhlükəsizlik kimi məsələlərə toxunulub.

 

Digər xəbərlər