- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Ağstafada vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.