2025-ci ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2085 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1708-i isə icra xarakterli olub. Bunlardan 1440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 83 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Digər xəbərlər