- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Təqdimat və ünsiyyət bacarıqlarının inkişafına dair təlim keçirilib
Energetika Nazirliyində əməkdaşların işgüzar ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və kommunikasiya işində məlumat mübadiləsi proseslərinin effektivliyinin artırılması məqsədilə təlim təşkil edilib.
Şəxsi bacarıqların inkişafı üzrə təlimçi Seymur Rəsulovun iştirakı ilə keçirilən təlimdə fikir və ideyaların müxtəlif auditoriyalara effektiv çatdırılması, canlı və virtual təqdimatların hazırlanması qaydaları və onları uğurlu edən elementlər, öyrətmə metodikası, liderlik, dialoq bacarıqlarının inkişaf etdirilməsi və mövzu ilə əlaqədar digər məsələlər haqqında ətraflı praktiki məlumatlar verilib, müzakirələr aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ümumilikdə 36 əməkdaşı iştirak edib.