- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Antikorrupsiya qanunvericiliyinə dair vebinar keçirilib
Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşların məlumatlılığının artırılması məqsədi ilə “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda vebinar keçirilib. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin təqdimatında baş tutan onlayn seminarda korrupsiya anlayışı, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, korrupsiya hüquqpozmalarının növləri, subyektləri və mövzu ilə əlaqədar digər məlumatlar verilib, suallar ətrafında qarşılıqlı müzakirələr aparılıb.
Vebinarda Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və İctimai şuranın üzvlərindən ibarət olmaqla ümumilikdə 45 nəfər iştirak edib.