<

Energetika nazirinin müavini Kamal Abbasov İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 26-cı Nazirlər İclasında çıxış edib.

Nazir müavini ölkəmizin zəngin təbii qaz ehtiyatlarına və strateji mövqeyinə əsaslanaraq qlobal enerji bazarında mühüm rol oynadığını bildirib. Azərbaycan qazının 12 ölkə tərəfindən idxal edildiyi və bunun enerji resurslarımıza artan tələbatın göstəricisi olduğu diqqətə çatdırılıb. Çıxışda Bakıda keçirilmiş COP29 konfransının uğurlarından da bəhs edilib. Konfrans çərçivəsində GECF-in təşkil etdiyi panel müzakirələrinə toxunularaq təbii qazın dayanıqlı enerji keçidindəki əhəmiyyəti vurğulanıb.

Sonda 27-ci Nazirlər İclasının 2025-ci ilin son rübündə Qətərin paytaxtı Dohada keçirilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

 

Digər xəbərlər