- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika nazirinin Tərtərdə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Energetika naziri Pərviz Şahbazovun noyabrın 29-da Tərtərdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbul dekabrın 5-də saat 11:00-dan başlayaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5900,Tərtər şəhəri, Heydər Əliyev parkı) keçiriləcək. Nazir Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.