<

“İstanbul Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü olub.
Görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçinin Birgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub. “Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının cari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Macarıstan arasında enerji üzrə İşçi Qrupunun fəaliyyətinə də toxunulub və növbəti iclasın 2025-ci ildə keçiriləcəyi qeyd olunub. 
Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.
 

Digər xəbərlər