<

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə COP çərçivəsində “Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu”nun keçirilməsinin əhəmiyyətindən danışılıb. Tacikistana neft tədarükü və bərpa olunan enerji layihələrində Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib. Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Nazir Pərviz Şahbazov İordaniyanın energetika və mineral resurslar naziri Saleh Al-Kharabsheh ilə də görüşüb. Görüşdə neft-qaz, neft emalı sahələrində əməkdaşlıq potensialı üzrə müzakirələr aparılıb. İordaniyanın Azərbaycanın enerji təşəbbüslərinə dəstəyi ifadə olunub.

 “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşdə isə şrkətlə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi ilə bağlı görülən işlər nəzərdən keçirilib.  Ümumi gücü 500 MVt olan ixrac məqsədli günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər