<

Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində əməkdaşların idarəçilik sahəsində peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda növbəti təlim keçirilib.

Nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov çıxış edərək kadrlarla işin təşkili, insan resurslarının idarə olunması, mütəxəssislərin seçilməsi və yerləşdirilməsi üzrə nazirlikdə tətbiq olunan praktikadan bəhs edib. Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmli isə təqdimatla çıxış edərək idarəçiliyin tarixi inkişaf mərhələləri, menecment sahəsində mövcud alətlər, kadrların motivasiyası, əməkdaşlar arasında vəzifələrin düzgün bölünməsi, qiymətləndirmə meyarları və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verib.

İnteraktiv formada təşkil olunmuş təlimdə Energetika Nazirliyi və tabeli qurumların 25 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər