<

Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində növbəti təlim “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında təşkil edilib.

Təlimdə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Gündüz Əhmədli tərəfindən təqdimat nümayiş etdirilib. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun məqsədləri, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, maraqlar toqquşmasının qarşısının alınması, qaydaların pozulmasına görə məsuliyyət və digər məsələlərə dair ətraflı nəzəri və praktiki məlumatlar verilib. Həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” qanundan irəli gələn məsələlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, hüquqpozmalara görə məsuliyyət və digər müddəalara dair məlumatlar diqqətə çatdırılıb, mövzularla bağlı nümunələr müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Nazirlik, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 22 əməkdaşı iştirak edib.

Digər xəbərlər