<

2024-cü ilin doqquz ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara 6877 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 5768-i müvafiq qaydada icra edilib, 891-i məlumat xarakterli (müraciətin geri götürülməsi, təşəkkür və sorğu) olub, 218-i isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin verilişində fasilələrin yaranması, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, icazələr və digər mövzularə əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 292 vətəndaş qəbul olunub və bu qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Digər xəbərlər