<

Energetika Nazirliyində media ilə əlaqələr üzrə fəaliyyət göstərən əməkdaşların kommunikasiya strategiyasının icrası çərçivəsində sosial media alətlərindən istifadə sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim keçirilib.

 ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən keçirilmiş təlimdə sosial media fəaliyyətinin effektiv təşkili, yeni rəqəmsal media alətlərinin istifadəsi, sosial şəbəkə sorğularının operativ cavablandırılması, etik qaydalar və prinsiplər, hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi, risklərin idarə edilməsi, böhran kommunikasiyası və mövzu ilə əlaqədar digər məsələlər haqqında ətraflı məlumat verilib, praktiki nümunələr göstərilib, əməkdaşları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər