- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Göygöldə vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Göygöl, Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, AZ2500) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.