<

Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində silsilə təlimlərin keçirilməsi davam etdirilir.

 Dövlət qulluğunda müsahibələrin keçirilməsi qaydalarına həsr olunmuş budəfəki təlimdə DİM-in nümayəndələrinin mövzu ilə əlaqədar təqdimatı dinlənilib. Müsahibələrə hazırlığın mərhələləri, namizədlərin peşə hazırlığı, bilik və təcrübəsinin, ümumi dünyagörüşünün yoxlanılması qaydaları, müsahibə komissiyası üzvlərinin vəzifələri, namizədlərin qiymətləndirilməsi meyarları və digər məsələlər haqqında ətraflı məlumatlar verilib. İnteraktiv müzakirələrdə əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 21 əməkdaşı iştirak edib.

Digər xəbərlər