<

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddini qəbul edib.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri vurğulanıb, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və daha da gücləndirilməsi üzrə perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs edilib, neft-qaz, bərpa olunan enerji, mayeləşdirilmiş təbii qaz (LNG), yeraltı qaz anbarları, neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri, eləcə də COP29 çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. 
 

Digər xəbərlər