Energetika nazirinin müavini Orxan Zeynalov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti ilə görüşüb.
Görüş zamanı energetika sektorunda Bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. AYİB-in dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə hərrac prosesinin gedişatı qiymətləndirilib.
Qarşı tərəfə “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində atılan addımlar, COP29-la bağlı təşəbbüslər və enerji sahəsində planlaşdırılan tədbirlər haqqında məlumat verilib. 
 

Digər xəbərlər