- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların təbii qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik xətlərinin vəziyyəti, işlə təminat, elektrik avadanlıqlarının istismar vəziyyəti, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Mingəçevirlə yanaşı, Gəncə, Naftalan, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan 17 vətəndaş iştirak edib.