Energetika Nazirliyində əməkdaşların ictimai nitq və təqdimat qabiliyyətlərinin təkmilləşdirilməsi məqsədilə “Natiqlik bacarıqları” mövzusunda təlim keçirilib.

Fəxrəddin Abdullayevin təqdimatında natiqlik sənətinin sirləri, effektiv ünsiyyət metodları, jestlərin və mimikaların danışıqda rolu, ictimai çıxışlarda auditoriyanı ələ alma bacarıqları, ekspromt çıxışlarda həyəcanı ram etmək yolları və mövzu ilə əlaqədar digər nəzəri və praktiki məlumatlar verilib, interaktiv müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 28 əməkdaşı iştirak edib.  

 

Digər xəbərlər