- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Sosial media mövzusunda təlim keçirilib
Energetika Nazirliyində əməkdaşların kommunikasiya sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Bakı Biznes Universitetinin akademik heyətinin iştirakı ilə “Sosial media və marketinq” mövzusunda təlim keçirilib.
Universitetin əməkdaşları tərəfindən sosial medianın təşkili və gündəlik həyatımızda rolu, sosial media alətlərinin qurumların kommunikasiya fəaliyyətində istifadəsi, kontent növləri və yaradılması strategiyası, sosial media kanallarının düzgün idarə edilməsi, facebook reklam menecerində büdcənin müəyyənləşdirilməsinin əhəmiyyəti, rəqəmsal platformalarda hədəf kütlənin dəqiq seçilməsinin üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilib, aidiyyəti suallar cavablandırılıb, əməkdaşlar arasında komanda tapşırıqları icra edilib.
Təlimdə Energetika Nazirliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 31 əməkdaşı iştirak edib.