- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika nazirinin növbəti vətəndaş qəbulu Mingəçevirdə keçiriləcək
Energetika naziri Pərviz Şahbazov iyulun 26-da Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi 46/48) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.