- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
2-ci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib
2024-cü ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib.
Onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 15-i tranziti, 1-i elektrik enerjisinin istehsalı, 1-i isə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinə icazə ilə bağlı olub.
Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.