- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan - Bolqarıstan enerji əməkdaşlığı müzakirə edilib
Energetika nazirinin müavini Kamal Abbasov Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində ölkəmizdə səfərdə olan Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.
Görüşdə mövcud enerji əlaqələrinin daha da möhkəmləndirilməsi və yeni imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan qazının TAP və Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya nəqli, həmçinin təbii qaz təchizatı şəbəkələrinin şaxələndirilməsindən bəhs edilib, enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin əhəmiyyətli rolu qeyd olunub. Söhbət zamanı, enerji keçidi, yaşıl enerji dəhlizləri və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.