<

Energetika nazirinin müavini Samir Vəliyev Qırğızıstanda keçirilən Mərkəzi Asiya ölkələrinin energetika və su nazirliklərinin rəhbərlərinin növbəti görüşündə iştirak edib.

Nazir müavini çıxışında Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələrin bağladığını, münasibətlərin yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçılarının siyasi iradəsinin və qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. Siyasi əlaqələrin inkişafının iqtisadi inkişafa da şərait yaratdığı qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında energetika sahəsində əməkdaşlığın mövcud səviyyəsi və gələcək perspektivlərindən danışılıb. Azərbaycanın enerji siyasətinin regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə diqqət çəkilib, çoxtərəfli əməkdaşlığın enerji təhlükəsizliyinin təmin olunmasında və dayanıqlı inkişafın dəstəklənməsində əhəmiyyəti vurğulanıb.

Tədbir zamanı Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə bu ölkənin Prezidenti cənab Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində energetika sahəsində imzalanmış sənədlərin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Qazaxıstanın  energetika naziri Almasadam Satkaliyevlə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.

 

Digər xəbərlər