Energetika Nazirliyində “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzusunda təlim keçirilib.

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Rüfət Ağayevin mövzuya dair təqdimatı dinlənilib, inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının təşkili, vəzifə təlimatlarının hazırlanması qaydaları, ehtiyat kadrların idarə edilməsi sistemi haqqında ətraflı məlumat verilib, iştirakçıların mövzuya dair sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 20 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər