- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“İşçilər arasında qarşılıqlı münasibətlər” mövzusunda təlim keçirilib
Energetika Nazirliyində daxili kommunikasiyanın gücləndirilməsi məqsədilə “İşçilər arasında qarşılıqlı münasibətlər” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədlinin təqdimatı ilə keçirilən təlimdə rəhbər və işçilər arasında kommunikasiyanın qurulması, əməkdaşlar arasında münasibətlərin düzgün idarə olunması, mübahisələrin operativ həlli və bununla bağlı mümkün məsuliyyət tədbirləri haqqında ətraflı məlumat verilib, ünsiyyətlə əlaqədar nəzəri və praktiki məsələlər müzakirə edilib, situasiya tipli testlər birgə cavablandırılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 24 əməkdaşı iştirak edib.