- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Qaxda vətəndaşları qəbul edəcək
İyunun 28-də energetika naziri Pərviz Şahbazov Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 12:00-dan başlayaraq Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi 4) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.