<

Energetika Nazirliyinin Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə əməkdaşların peşəkar davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə Etika Akademiyası tərəfindən təlim keçirilib.

Təlimdə Akademiyanın rəhbəri Günel İbrahim tərəfindən etiket qaydalarının öyrənilməsi və təbliği istiqamətində Akademiyanın rolundan bəhs edilib, işgüzar etiket qaydaları, idarəetmədə bədən dilinin önəmi, xarizmatik nitq texnikası, rəhbər-işçi münasibətləri, işgüzar protokol qaydalarının mənimsənilməsi və digər mövzular barədə ətraflı məlumat verilib, yerli və beynəlxalq təcrübələrə dair nümunələr diqqətə çatdırılıb.

Təlimdə Energetika Nazirliyi və tabeli qurumların 22 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər