<

Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmlinin təqdimatı ilə keçirilən təlimdə gender anlayışı, gender bərabərliyi, stereotiplər, insan resurslarının idarə edilməsi və gender meynstriminqi, əmək fəaliyyəti prosesində gender rolları, normaları və münasibətlərinin nəzərə alınması və digər məsələlər barədə praktik məlumatlar verilib.

İnteraktiv müzakirələrlə davam edən təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 21 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər