<

Energetika Nazirliyində əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə növbəti təlim təşkil edilib.

Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmlinin təqdimatı ilə keçirilən təlim “Liderliyin əsasları və idarəetmə” mövzusunda olub. İnteraktiv müzakirələrlə davam edən təlimdə liderin funksiyaları və növləri, idarəetmə fəaliyyəti, liderlik üslubunun formalaşdırılması, menecerlik, rəhbərin fəaliyyətində emosional zəka,  motivasiya, özünütənzimləmə keyfiyyətləri barədə danışılıb, komanda qurmaqda və ona liderlik etməkdə peşəkarlıq, rəhbərlik üslubunu müəyyənləşdirən amillər, idarəetmədə doğru planlaşdırma və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak edib.

 

Digər xəbərlər